Mərkəz rəhbəri məhdudiyyətlərdə və sərhədlərin açılmasından danışdı
"Siyasət belədir, böyük qlobal məhdudiyyət tədbirləri olmayacaq ancaq müxtəlif növ yerli məhdudiyyətlər qoyulacaq".
InterPress.ge xəbər verir ki, bu haqda xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze Baş tutan brifinqdə qeyd edib.
Onun sözlərinə görə, digər ölkələr kimi Gürcüstan böyük məhdudiyyətlər tətbiq edə bilməyəcək.
"Ümid edirdik ki, koronavirus da respirator infeksiya kimi Yazda azalacaq və ya tamamilə yox olacaqdı. Buna görə də xəstəliyin yayılma başlanğıcında onunla mübarizədə sərt və böyük məhdudiyyətlərin qoyulmuşdu. Daha sonra bəşəriyyət bunun asan virus olmadığını anladı. Virusun yüngülləşməsinə baxmayaraq tam yoxa çıxmayıb. İndi isə şüarımız belədir Koronavirusla yaşamağa öyrəşmməliyik çünki ölkə bağlı qala bilməz. Ən yüksək yoluxma halı ABŞ olsa da ölkə bağlanmayıb. Artım var amma iqtisadi baza işləyir yəni onunla yaşamağa öyrəşirik. Siyasət belədir, böyük qlobal məhdudiyyət tədbirləri olmayacaq ancaq müxtəlif növ yerli məhdudiyyətlər qoyulacaq", -dedi Amiran Qamğrelidze.


