15 
Okt
2020
15:51
1491

Giorgi Qaxaria: "Azərbaycan bizim dostumuz və strateji partnyorumuzdur"

"Azərbaycan bizim qonşumuz, dostumuz və strateji partnyorumuzdur və sərhədin delimitasiya-demarkasiyasına aid olan bütün məsələlər, iki tərəfli bir mövzudur və strateji partnyorluq, dostluq çərçivəsində danışıqlar yolu ilə həll olunacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria Davit Qareci məsələsi haqqında danışarkən qeyd edib.

Giorgi Qaxaria qeyd edir ki, Davit Qareci məsələsinin son zamanlar lap kəskinləşən dalğası bir il bundan öncə başladı.

Qaxarianın dediyinə görə, Davit Qareci məsələsi əslində nə dünən, nə də bir ay öncə başlamayıb. Bu məsələ illərdir gündəmdədir.

“Provokasiyalı sualları verən jurnalistlərin bu məsələnin kəskinləşməsində böyük rolu var. Bu məsələnin niyə məhz bu gün aktual olduğu haqqında sualı da özlərindən soruşmalıdırlar.

Məsələnin istintaqında isə, heç bir məhdudiyyətlər olmayacaq.

Azərbaycanla olan münasibətlərimizə gəlincə, Azərbaycan bizim qonşumuz, dostumuz və strateji partnyorumuzdur. Müvafiq olaraq da, sərhədin delimitasiya-demarkasiya ilə bağlı bütün məsələlər, iki tərəfli bir mövzudur və strateji partnyorluq, dostluq çərçivəsində danışıqlar yolu ilə həll olunacaq” – dedi baş nazir.

Bizimlə əlaqə saxlayın