"Koronavirusdan dünyasını dəyişən 4 xəstədən 2-si Batumidə, 2-si isə Tbilisidə müalicə alırdı".
InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının bokslaşdırılmış şöbəsinin rəhbəri Marina Endeladze açıqlama verib.
Onun bildirdiyinə görə, koronavirus daşıyıcılarından 70-dən çoxunun vəziyyəti kritik ağırdır.
Qeyd edək ki, Gürcüstanda son 24 saat ərzində koronavirusdan 214 xəstə sağalıb.
