20 
Okt
2020
14:24
738

Irakli Kobaxidze Kaxa Okriaşviliyə çağırış etdi

"Kaxa Okriaşvilinin rəhbərlik etdiyi Birləşmiş Milli Hərəkat fəallarını təxribatlardan çəkinməyə çağırıram".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcü Arzusunun icra katibi İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə deyib.

Kobaxidze dünən Bolnisi-Marneuli yolunda majoritar müxalifət namizədi və Birləşmiş Müxalifətin fəalı Kaxa Okriaşvilinin avtomobilinin vurulması ilə baş verən hadisəyə münasibət bildirib.

İrakli Kobaxidzenin bildirdiyinə görə, bu onların planlaşdırdıqları bir təxribat idi.

"Kaxa Okriaşvilinin rəhbərlik etdiyi Birləşmiş Milli Hərəkat fəallarını təxribatlardan çəkinməyə çağırıram, çünki bu təxribatların layiqli bir siyasi cavabı olacaq",- dedi Kobaxidze.

Onun sözlərinə görə, müxalifət bu cür hərəkətləri ilə seçki mühitini korlamağa çalışır.

“Kaxa Okriaşvili seçkiləri uduzduğunu görür, özünü daimi majoritar kimi göstərirdi. Məsələn, Nika Melia onu "feodal lord" adlandırdı və bununla öyündü. Bu şəxs, sonunda Konstitusiya dəyişikliklərini dəstəkləmədiyi üçün Gürcü Arzusundan qovuldu. Bu gün Milli Hərəkatın üzvü və bu dairədəki namizədidir. Bu da Milli Hərəkatın ümumi mahiyyətidir: təxribatlar təşkil etmək, seçki mühitini pozmağa çalışmaq və s. Bununla birlikdə, bir daha təkrar edəcəm, aktivistlərə hər halda təxribata əl atmamağı tapşırıq veririk, bu məsələyə hüquq mühafizə orqanlarının dərhal cavab verməsi lazmdır və bu bizim çağırışımızdır ",- dedi Kobaxidze.

Bizimlə əlaqə saxlayın