23-26 oktyabr tarixlərində Gürcüstanda isti və yağmursuz hava şəraiti gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat Milli Ətraf Mühit agentliyindən verilib.
Məlumata görə, hava istiliyi Gürcüstanın qərbində +24, +29, şərqi Gürcüstanda +21, +26 olacaq.
Tbilisidə +24, +26 dərəcə olacaq
