Marneulidə dəhşətli qəza: Biri sərnişin avtomobili olmaqla, üç avtomobil bir-biri ilə toqquşdu - FOTO
Marneulinin Şulaveri qəsəbəsində ağır yol qəzası baş verib.
InterPress.ge xəbər verir ki, iki Ford avtomobili və bir Mercedes avtomobili bir-biri ilə toqquşub.
Şahidlərin xəbər portalımızın əməkdaşına hadisə yerindən verdiyi məlumata görə, qəza Şulaverinin dörd yol ayrıcında baş verib. Sadaxlı istiqamətindən Marneuli istiqamətinə hərəkət edən Mercedes markalı avtomobilin qarşısına ağ rəngdə olan Ford avtomobili çıxıb. Yüksək sürətlə hərəkət edən Mercedes isə saxlaya bilməyib Ford ilə toqquşub. Toqquşmadan sonra Mersedes digər qırmızı rəngli Ford markalı avtomobilə çırpılıb.
Qəza zamanı xoşbəxtlikdən xəsarət alan və yaralanan olmayıb. Tərəflər öz aralarında razılığa gəliblər.
Faktla bağlı polis istintaq başlayıb.