Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Ronaldinyodan Azərbaycana dəstək - VİDEO

923
Ronaldinyodan Azərbaycana dəstək - VİDEO
Dinləmək üçün basın

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Ronaldinyo Azərbaycana dəstək olub.

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Ronaldinyo Azərbaycana dəstək olub.

InterPress.ge xəbər verir ki, 40 yaşlı veteran yaydığı videoda tezliklə yenidən Azərbaycana qayıtmaq istədiyini bildirib:

“Azərbaycandan olan bütün insanlara salam göndərmək istəyirəm. Qoy hər kəs (hərbçiləri nəzərdə tutur – S.M.) salamat evlərinə qayıtsın. Azərbaycanda mən çox gözəl qarşılandım və tezliklə ora qayıtmağı arzulayıram”.

Qeyd edək ki, Ronaldinyo 2016-cı ilin oktyabrında Bakıya “Qəbələ” klubunun sabiq prezidenti Tale Heydərovun dəvəti ilə gedib. Bakı Olimpiya Stadionunda onun keçirdiyi mətbuat konfransında məlum olub ki, Bakıda Ronaldinyonun adına futbol akademiyası açılacaq.

Ötən ilin sonlarında Tale Heydərov bir məqaləsində həmin akademiyanın bu ilin əvvəlində açılacağını desə də, koronavirus pandemiyası səbəbindən açılış baş tutmayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →