Qızılhacılının 89 nömrəli seçki məntəqəsində qarışıqlıq yaşanıb.
İnterPress.ge xəbər verir ki, bu haqda "Vətəndaş Platforması", qeyri-hökumət təşkilatının nümayəndəsi Davit Kimadze danışıb.
Onun sözlərinə görə görə, ona fiziki cəza verilməklə təhdid edilib.
Məntəqə Seçki Komissiyası sədrinin müavini Anar Məmişovun sözlərinə görə, ona seçki forması verilib, lakin "Milli Hərəkat"-ın müşahidəçilərindən biri onun formasını çıxarıb.
Hadisə yerinə Bələdiyyə sədri Amiran Qiorqadze də gəlib.
"Mənim bütün seçki məntəqələrinə getmək hüququm var. “Milli Hərəkat” üzvlərinin təxribat törətdiyi bütün məntəqələrə gedirəm.” Dedi Qiorqadze
Hüquq-mühafizə orqanları hadisə yerinə səfərbər olunub.
