Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanın Daxili İşlər Nazirliyi koronovirusa görə hərəkətə keçdi

2,622
Gürcüstanın Daxili İşlər Nazirliyi koronovirusa görə hərəkətə keçdi
Dinləmək üçün basın

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) koronavirusun yayılma ehtimalının qarşısını almaq məqsədilə hava limanlarında Çin, İran, Cənubi Koreya və İtaliyadan gələn bütün vətəndaşların məcburi tibbi müayinəsini həyata…

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) koronavirusun yayılma ehtimalının qarşısını almaq məqsədilə hava limanlarında Çin, İran, Cənubi Koreya və İtaliyadan gələn bütün vətəndaşların məcburi tibbi müayinəsini həyata keçirir. Bu ölkələrdən gələn sərnişinlər xüsusi nəzarətə götürülürlər.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan DİN xüsusi məlumat yayıb.

Məlumatda deyilir ki, eyni zamanda, “Qırmızı körpü”, “Sadaxlo”, “Sarpi” və “Darial” sərhəd–keçid məntəqələrində, həmçinin Tiflis, Kutaisi və Batumi hava limanlarında sərnişinlərin yoxlanılması həyata keçirilir.

Gürcüstanın sərhəd-keçid məntəqələrindən hər gün 24 saat ərzində 25-30 min insan keçir. Həkim briqadaları onların vəziyyətini araşdırır və lazımi kömək göstərilir.

Nazirlik bəyan edir ki, yaranmış vəziyyətlə əlaqədar olaraq KİV əməkdaşlarının təhlükəsizliyi baxımından onların da sərhəd-keçid məntəqələrində sərbəst hərəkətlərinə məhdudiyyətlər tətbiq olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →