“9 noyabrdan etibarən hərəkət məhdudiyyətlərini pozan fiziki şəxs 2 min lari cərimələnəcək”
“9 noyabrdan etibarən hərəkət məhdudiyyətlərini pozan fiziki şəxs 2 min lari cərimələnəcək”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müavini Maia Çkitişvili qeyd edib.
9 Noyabr tarixindən etibarən Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zugdidi, Qori və Poti şəhərlərində Hökümət Administrasiyasında keçirilən brifinqdə bildirdiyi kimi, axşam saat 22: 00-dan, səhər saat 5: 00-dək hərəkət məhdudlaşdırılacaq.
“Artıq qanunla müəyyən edilmiş sanksiyalar, karantin tədbirlərini tənzimləyən qanun var. Əvvəlcə qeyd etmək istərdim ki, bu komendant saatı deyil, hərəkət məhdudiyyətidir. Bu məhdudlaşdırmanın pozulması halında fiziki şəxslərə 2 min lari, hüquqi şəxslərə isə 10 min lari dəyərində cərimə tətbiq olacaq", - Maia Çkitişvili dedi.
Məlumat üçün bildirək ki, 9 noyabrdan etibarən axşam saat 22: 00-dan, səhər saat 5: 00-dək Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zugdidi, Qori və Poti şəhərlərində hərəkət məhdudlaşdırılacaq.