Mərkəz rəhbərindən koronavirusla bağlı açıqlama: "Artıq zirvəyə çatırıq”
"Artıq zirvəyə çatırıq”.
InterPress.ge xəbər verir ki, bu barədə dövlət Xəstəliklərinə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Amiran Qamğriledze, hökumət administrasiyasında keçirdiyi brifinqdə dedi.
Amiran Qamğrelidzenin sözlərinə görə, noyabr ayının ikinci yarısında koronavirus infeksiyasının zirvəsi olacaq.
"Pandemiya getdikcə daha çox yayılır. Geri çəkilmir və bunu hamımız nəzərə almalıyıq. Proqnozlarımıza əsasən noyabr ayının ortalarında olduqca ağır olacaq, zirvəyə çıxacağımızı və bunun nə qədər davam edəcəyini proqnozlaşdıra bilmirik . Noyabr ayının ikinci yarısında yoluxucu viruslar əlavə ediləcək, o cümlədən qrip özünü göstərəcək", - dedi Amiran Qamğrelidze.
O, bir daha əhalini profilaktik tədbirlər görməyə çağırdı.
"Virusların alovlanacağı bir zirvəyə giririk. Yayılmalarda da artımımız olacaq. Buna görə də eyni profilaktik tədbirlər hamı üçün eynidir - maska taxmaq, məsafənin qorunması, böyük toplantılardan yayınma, tez-tez əl yuyulması ",- dedi Qamğrelidze.