Bu gün Marneuli xalqı Şuşa zəfərini qeyd edir.
InterPress.ge xəbər verir ki, tarixə qızıl hərflərlə yazılacaq bu günü Marneuli sakinləri də coşquyla qarşılayıb.
28 ildən sonra azad olunan Şuşa şəhərinin şad xəbərini Azərbaycan Prezidenti İlham Əliyev açıqladıqdan dərhal sonra şəhər sakinləri küçələrə axışmağa başlayıb.
InterPress.ge şəhər sakinlərinin zəfər sevincini sizlərlə bölüşür.





