
Azərbaycan xalqı Qarabağ zəfərini qeyd edir
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda əks-hücum əməliyyatı ilə başladığı və bu gün Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edilməsindən sonra Azərbaycan respublikasının şəhər və rayonlarında insanlar küçələrə çıxaraq bu tarixi günün sevincini birlikdə bölüşürlər.
InterPress.ge reporta-a istinadən xəbər verir ki, Azərbaycan xalqının şənliyi gecə saatlarında başlayıb və hələ də davam edir.
Əllərində Azərbaycanın bayraqlarını, Ali Baş Komandan İlham Əliyevin portretlərini tutan, Qarabağ şüarları səsləndirən yüz minlərlə, milyonlarla insan coşqu hissi ilə müxtəlif istiqamətlərdə qələbə yürüşünə start veriblər. Ölkənin bütün şəhər və rayonlarında xalq yürüşü keçirilir. Vətəndaşlar müzəffər Azərbaycan Ordusuna, habelə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirirlər, növbəti dəfə həmrəyliklərini ifadə edirlər.
Tarixi gün Azərbaycan respublikası ilə yanaşı, digər ölkələrdə də qeyd edilir. Belə ki, dünyanın ayır-ayrı ölkələrində yaşayan soydaşlarımız təntənəli şəkildə Qarabağ zəfərini qeyd edirlər.