BBC müxbirləri - Ermənilər azərbaycanlıların əlinə keçməmək üçün Kəlbəcər rayonundakı evlərini yandırırlar -VİDEO
9 Noyabrda əldə edilmiş razılaşma ilə Azərbaycana təhvil verilməli olan Dağlıq Qarabağdakı bəzi kəndlərdə ermənilər evlərini tərk edirlər, hətta bəziləri evlərini yandırırlar.
InterPress.ge xəbər verir ki, bu barədə BBC Moskva bürosunun jurnalistləri Vill Vernon və Yuri Vendiki "Twitter" sosial şəbəkəsində yazırlar.
“Bu günü Dağlıq Qarabağın Dadivanki kəndində keçirdik. Bölgə iki gün ərzində Azərbaycana təhvil veriləcək. Bir çox yerli sakin öz evinə və sahəsinə sahibdir. Bəziləri azərbaycanlıların əlinə keçməsin deyə öz evlərini də yandırırlar", - Vill Vernon yazır.
Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdikləri razılığa görə, Ermənistan 15 noyabr tarixinə qədər Kəlbəcər bölgəsini Azərbaycana təhvil verməlidir.


