Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
InterPress.ge xəbər veri ki, sərəncama əsasən, hər il noyabrın 10-u Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.
Xatırladaq ki, 10 noyabrda Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın Baş naziri arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair müqavilə imzalanıb.
