05 
Mar
2020
12:16
596

Mahir Məmmədov: "SOCAR Gürcüstanda qazlaşdırma səviyyəsini 78%-ə çatdırıb"

SOCAR Gürcüstanda qazlaşdırma səviyyəsini 46%-dən 78%-ə çatdırıb.

InterPress.ge xəbər verir ki, Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov belə deyib.

O bildirib ki, şirkət Gürcüstanda bu sahədə fəaliyyətini davam etdirir: “Gürcüstanla Azərbaycan arasında biznes əlaqələrinin tarixi çox əvvələ gedir. Hər iki ölkə hər zaman şərq-qərb rotası üçün etibarlı körpü rolu oynayıb. Müasir dövrdə enerjinin hər bir cəmiyyət üçün strateji önəm daşıdığı müasir dövrdə bu əməkdaşlıq xüsusi önəmə malikdir. SOCAR-ın Gürcüstanda bu əlaqələrin inkişaf etdirilməsində önəmli yeri var. Şirkət Gürcüstanda 2008-ci ildə 46% səviyyəsində olan qazlaşdırmanı hazırda 78%-ə çatdırıb”.

Bizimlə əlaqə saxlayın