Pis hava şəraiti səbəbindən Niçbisi-Didqori-Böyük Toneti yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Yollar İdarəsindən bildirilib.
"Çətin meteoroloji şərtlər (qar fırtınası, duman və məhdud görmə) səbəbindən daxili əhəmiyyət kəsb edən Niçbisi-Didqori-Böyük Toneti avtomobil yolunda bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır",- deyə Yollar İdarəsindən bildirilib.
Məlumat üçün bildirək ki, çətin meteoroloji şərtlər səbəbindən Zuqdidi-Jvari-Mestia-Lasdili km187-km198 (Uşquli-Lasdili) yolunda hər növ nəqliyyat vasitəsinin hərəkəti qadağandır.
