09 
Dek
2020
09:39
287

Kobaxidze: "Müxalifət nümayəndələri kamera görüntülərinin göstərilməsindən və səslərin yenidən hesablanmasından imtina etdilər"

"Vəzifəli şəxsin istefası tələb olunanda, onun fəaliyyətində bir nasazlığın olduğu təsdiqlənməlidir".

InterPress.ge xəbər verir ki, bu barədə İrakli Kobaxidze Mərkəzi seçki Komisiyasının Sədri Tamar Jvaniyanın istefası ilə bağlı, jurnalistlərin suallarını cavablandırarkən verdi.

Kobaxidzenin dediyinə görə, müxalifət nümayəndələri heç bir ciddi dəlillər təqdim edə bilmədilər. Hətta kamera görüntülərinin göstərilməsindən və seçki bülletinlərini yenidən hesablanmasından imtina etdilər.

“Onların heç bir arqumenti yoxdur. Belə olduğu halda, ittihamların irəli sürüldüyü şəxs deyil, arqumentsiz şəkildə, onu ittiham edənlər istefa verməlidirlər. Niyə yenidən hesablamadan imtina edirlər? Niyə kamera görüntülərini görmək istəmirlər? Çünki buna qarşı arqumentləri və cavabları yoxdur” – dedi İrakli Kobaxidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər