Gürcüstanın dövlət sərhədindən 50 kilometr məsafədə zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Tiflis vaxtı ilə 01:29-da, Gürcüstan-Rusiya dövlət sərhədindən 50 km məsafədə qeydə alınıb. Zəlzələnin episentri Çeçenistan olub.
Zəlzələnin gücü 5,0 bal təşkil edib.
