Kutaisidə yaşayış binasında baş verən yanğın nəticəsində bir nəfər ölüb.
InterPress.ge xəbər verir ki, hadisə Nikea qəsəbəsində baş verib.
Daxili İşlər Nazirliyinin Təcili Yardım Xidmətindən verilən məlumata görə, hazırda yanğın söndürülüb.
Hadisə 187-ci maddənin üçüncü hissəsi ilə araşdırılır.
