16 
Dek
2020
14:42
1640

“Bu gün parlamentdə əfv haqqında yeni bir qanun layihə başlanacaq”

“Bu gün parlamentdə əfv haqqında yeni bir qanun layihə başlanacaq”.

InterPress.ge xəbər verir ki, bu barədə Mixail Sarcveladze bəyan etdi.

İnsan Hüquqları Komitəsi sədrinin sözlərinə görə, qanun layihəsi bəzi cinayətlərdə təqsirləndirilən şəxslərin sərbəst buraxılması nəzərdə tutulur, hansı ki, 11 dekabr 2020-ci il tarixinədək müxtalif cinayətlər törədiblər.

“Layihədə qətl və ya ailədaxili zorakılıq kimi cinayətlər nəzərdə tutulmayıb. Əfv təşəbbüsü, zərərçəkənə maddi ziyan vurmaqla əlaqəli qanun layihəsində göstərilən cinayətlər olduqda, cəzadan azad edilmənin məcburi ilkin şərti kompensasiya və bəzi hallarda zərərçəkmişin razılığı olacaq bir neçə prinsipial yanaşmanı nəzərdə tutur",- Sarcveladze.

Qanun layihə, şəxslərin 1 oktyabr 2012-ci il tarixinədək törədilmiş cinayət cərimələrindən azad edilməsini də təmin edir.

Sarcveladze, qeyd etdi ki, yuxarıda göstərilən yanaşmalara görə, qanun layihəsində amnistiya tətbiq ediləcək cinayətlərin kifayət qədər böyük bir siyahısı var. Bunlar oğurluq, saxtakarlıq, əmlaka ziyan, bəzi bədən xəsarətləri kateqoriyaları və s. Əfv ümumilikdə 44 qanun pozuntusunu əhatə edir.

“Hazırda təşəbbüsümüz əsas cinayətlərdən əlavə narkotik cinayətlərini də əhatə edir. Ömürlük həbs cəzasına məhkum edilmiş və 15, 20, bəzilərinə 25 il həbs cəzası çəkən insanları unutmadığımıza xüsusi diqqət yetirilməlidir.

Buna görə, Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə cinayətdə təqsirləndirilən, ömürlük həbs cəzasına məhkum edilmiş şəxslər (və əldə etdiyimiz məlumata görə, hazırda bu tip 3 şəxs Gürcüstan həbsxanalarında cəza çəkir) 20 il həbs cəzasına dəyişdirilməlidir. Gələcəkdə Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş yaxşılaşdırılmış, nisbətən güzəştli şərtlərdən istifadə etmək imkanlarına sahib olacaqlar ”,- deyə Sarcveladze izah edib.

Qanun layihəsi üçün rəsmi prosedurlar başlyıbı və ictimaiyyət bunu yaxın günlərdə görəcəkdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər