Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin artırılması məsələsinə aydınlıq gətirib.
InterPress.ge xəbər verir ki, o, bunun yalnız münaqişə tərəfləri ilə razılaşmaqla mümkün olacağını bildirib:
“Sülhməramlılarımızın sayının artırılması mümkündür, ancaq bu xüsusilə Azərbaycan tərəfi də daxil olmaqla, bütün münaqişə tərəfləri ilə razılaşdırılarsa, mümkün olar.
Çünki əvvəlcə sülhməramlılarımızın sayını müzakirə etmişik və bu rəqəm razılaşdırılıb”.
