18 
Dek
2020
14:28
684

Gürcüstanda cinayət azalıb

"Keçən illə müqayisədə cinayət 2020-ci ildə 10% azalıb".

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Naziri vəzifəsini icra edən Vaxtanq Qomelauri agentliyin 2020 hesabatının təqdimatı zamanı bildirib.

Qomelaurinin qeyd etdiyinə görə, ailədaxili zorakılıq və qətl daxil olmaqla bəzi cinayətlərin statistikası artmışdır.

"2020-ci ildə ölkə daxilində 5 qanuni oğru mühakimə olundu; 49 nəfər oğru dünyasının üzvünə dəstək vermək və "qanuni oğruya" müraciət etməklə saxanıldı və mühakimə olundu. 71 nəfər narkotik ticarəti ilə əlaqədar saxlanıldı. Beynəlxalq əməkdaşlıq nəticəsində mütəşəkkil narkotik cinayətkarı qrupu müəyyən edildi və 40 kq "eroin" ələ keçirildi. Onlayn narkotik ticarəti ilə məşğul olan 16 şəxs mühakimə olundu; 13 onlayn narkotik mağazası bağlandı; psixoaktiv maddələr istehsal edən narkotik laboratoriyası aşkar edildi; qanunsuz dövriyyədən 89 kiloqram "eroin” götürüldü; 1 kiloqram "kokein", 7000 həb "Subotex" / "Suboxin"; 6,5 kq yeni psixoaktiv maddə. Xarici həmkarlarımızla əməkdaşlıq və ortaqlıq nəticəsində 40 kq "eroin" ələ keçirəndə Batumidəki yüksək profilli xüsusi əməliyyatı yəqin ki, hər kəs xatırlayır, hansı ki, məbləği "Qara Bazar"qiymətində 2 milyon dolları ötür. Bu, beynəlxalq narkotik ticarəti ilə mübarizədə uğurlu bir əməliyyat idi",- dedi Qomelauri.

Nazir, müxaliflərin cinayətlərinin artdığı kimi söyləmələrinin, polisi nüfuzdan salmaq məqsədi daşıdığını söyləyib..

“2020-ci il üçün cinayət statistikasına gəlincə, müxaliflər tez-tez ölkədə cinayətin artdığını deyir. Məlumatları izləyək və bu açıqlamaların polisi nüfuzdan salmağa yönəldiyini görəcəyik.

Hüquq-mühafizə orqanlarının səyləri nəticəsində cinayət keçən ilə nisbətən 10% azalıb. Əlbətdə ki, hər ay ictimaiyyətə bildirdiyimiz bəzi cinayətlərdə artım mövcuddur, məsələn: kiber cinayətlər yüzdə 24, məişət zorakılığı yüzdə 8,5, adam öldürmə yüzdə 11 artdı, bu da 7 ədəd çoxdur.

Bilirsiniz ki, kiber cinayətkarlıq 21-ci əsrin çağırışıdır və Gürcüstan istisna deyil. Ölkədəki kriminogen vəziyyətə təsir edən cinayətlər kateqoriyasında olduğumuz müsbət tendensiyalara toxunmaq lazımdır, yəni: soyğunçuluq -42%; qəsb etmək -34%; quldurluq -25%; oğurluq -12%; mənzil quldurluqlarının sayı -22%, qətl cəhdinə görə -5% azalıb. Ölkədəki cinayətkarlığın mövcud vəziyyətini əks etdirən bu real rəqəmlərlə tanış oldunuz. Bununla yanaşı, kiçik hadisələrin belə mediada intensiv işıqlandırılması halları tez-tez olur və bu da cinayətin artdığını hiss etdirir. Söz və ifadə azadlığına hörmət edirik və medianın sərbəst olması, bir kabinet tərəfindən idarə olunmaması və hər hansı bir məlumatın hər kəsə açıq olması hökumətimizin səylərinin nəticəsidir",- dedi Qomelauri.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər