Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycanda Mehriban Əliyevanın təşəbbüsü ilə hərbiçilərə dəstək aksiyası başladılıb - FOTO

850
Azərbaycanda Mehriban Əliyevanın təşəbbüsü ilə hərbiçilərə dəstək aksiyası başladılıb - FOTO
Dinləmək üçün basın

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən Azərbaycanın hərbi…

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən Azərbaycanın hərbi qulluqçuları üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə başlayıb.

InterPress.ge azertac-a istinadən xəbər verir ki, aksiya çərçivəsində dekabrın 18-dən başlayaraq Kəlbəcər rayonu, Xocavənd rayonunun işğaldan azad olunmuş hissəsi və Hadrut qəsəbəsində hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılmasına başlanılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə “Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər edərək bağlamaları hərbi qulluqçulara çatdırıblar, həmçinin əsgərlərlə söhbət edərək onların istəklərini qeydə alıblar.

Hərbi qulluqçular istək və ehtiyaclarının qarşılanmasına xüsusi həssaslıqla yanaşan Mehriban xanım Əliyevanın təşəbbüsü çərçivəsində növbəti günlərdə işğaldan azad olunmuş digər ərazilərə də səfərlər təşkil ediləcək.

Aksiyanın davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →