
Xarici siyasət haqqında qərar layihəsinə bu gün Gürcüstan Parlamentinin plenar iclasında ilk dinləyişdə səs veriləcək
Xarici siyasət haqqında qərar layihəsinə bu gün Gürcüstan Parlamentinin plenar iclasında ilk dinləyişdə səs veriləcək, buna qədər isə Avropa İnteqrasiyası və Xarici Əlaqələr Komitələrində qərar layihəsi müzakirə ediləcək.
InterPress.ge-nin məlumatına görə, parlament çoxluğu tərəfindən hazırlanan sənədin əsas məqsədi işğal olunmuş ərazilərin işğaldan çıxarılması və problemin sülh yolu ilə həll olunmasıdır.
Gürcü Arzusunun üzvləri xarici aləmdə ölkənin milli maraqlarını qorumaq üçün beynəlxalq birliyin dəstəyini səfərbər etməyi planlaşdırırlar.
“Xarici siyasət haqqında bir həftə əvvəl parlamentdə imzalanan qərar artıq bu gün keçirilən plenar iclasda müzakirə olunur. Bu qətnamədə Gürcüstanın növbəti dörd il ərzində xarici siyasət sahəsində əsas istiqamətləri və prioritetləri əksini tapmışdır. Əlbətdə, ölkənin işğaldan çıxarılması və ərazi bütövlüyünün sülh yolu ilə bərpası birinci yerdədir. Eyni zamanda, AB-yə inteqrasiya üçün qarşımıza qoyduğumuz aydın hədəflər, xüsusilə 2024-cü ildə müraciət üçün ölkəni hazırlamaq göstərilmişdir. Həm də NATO-ya üzv olmaq məqsədi ilə NATO-ya inteqrasiya üçün strateji hazırlığın təmin edilməsi öz əksini tapmışdır. Bölgədə cərəyan edən hadisələrə, Türkiyə, Azərbaycanla strateji tərəfdaşlığımıza, Ermənistanla mehriban qonşuluq münasibətlərimizə, habelə Qara dəniz əhatəsi dairəsində Ukrayna ilə, Ruminiya ilə, Bolqarıstan ilə potensialdan maksimum istifadə olunmasına böyük diqqət yetirilir. Əlbəttə ki, Gürcüstanın bir nömrəli strateji ortağı olaraq həm müdafiə, həm təhlükəsizlik baxımından, həm də iqtisadi və demokratikləşmə baxımından ABŞ ilə əlaqələrin dərinləşdirilməsinə çox diqqət yetirilir",- dedi parlamentin xarici əlaqələr üzrə komitə sədri Nikoloz Samxaradze.