25 
Dek
2020
15:35
456

Turnava: "Gürcüstanda vaxtında və sürətli aşılanmanı təmin etmək üçün hər şeyi edirik"

"Gürcüstanda vaxtında və sürətli aşılanmanı təmin etmək üçün hər şeyi edirik".

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Natia Turnava İdarələrarası Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Gürcüstanı bölgədə peyvəndin başlayacağı ilk ölkələrdən biri etmək üçün müvafiq mənbələr mövcuddur.

"Gürcüstanın bölgənin ilk ölkələrindən biri olması və aşılamaya vaxtında başlaması üçün ehtiyacımız olan resurlar var, pul tapılacaq. Bununla bağlı heç bir problem olmayacaq. İndi konkret olaraq hansı ölkə ilə danışıqlar aparıldığını, həmkarlarım sizə Səhiyyə Nazirliyinin nümayəndələri danışacaqlar.

Xüsusi İdarələrarası qrup yaradıldı ki, bu da yalnız səhiyyə məsələsi deyil, həm də kompleksli bir məsələdir. Xarici İşlər Nazirliyi də, biz də - İqtisadiyyat Nazirliyi də logistika sahəsində çox fəal iştirak edir və vaxtında, sürətli aşılanmasını təmin etmək üçün hər şeyi edirik ",-dedi Natia Turnava.

Bizimlə əlaqə saxlayın