26 
Nybr
2020
09:56
358

Kaxa Kaladze: "Yeni seçkilərin keçirilməsinin heç bir əsası yoxdur"

"Yeni seçkilərin keçirilməsinin heç bir əsası yoxdur".

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusunun” baş katibi, Kaxa Kaladze jurnalistlərə bildirib.

Onun dediyinə görə, müxalifət konkret məntəqələrdə səslərin saxtalaşdırılması barəsində danışarkən, yalan danışır.

Kaladzenin qeyd etdiyinə görə, 1 500-ə qədər məntəqənin yenidən hesablanmasını nəzərdə tutan, hakimiyyət tərəfindən edilən təklifinə rədd cavabının verməsi, buna sübutdur.

“Danışıqlar davam etdirilir. Fasilitator səfirlərin qoşulması ilə növbəti görüş planlaşdırılmalıdır. Konkret tarixi deməkdə çətinlik çəkirəm. Seçkilərə əgəldikdə, yeni seçkilərin keçirilməsinin heç bir əsası yoxdur. Biz bu müddət ərzində eşidirdik ki, konkret məntəqələrdə müəyyən pozuntular var idi. Müxalif partiyalardan eşidirdik ki, konkret məntəqələrdə saxtalaşdırma baş verdi. Bu bir böyük yalandır. 1 500-ə qədər məntəqənin açılması və yenidən hesablanmasını nəzərdə tutan, hakimiyyət tərəfindən edilən təklifə rədd cavabının verməsi, buna sübutdur. Bundan sonra, onlar da və sualları hamı da əmin olacaqdı ki, heç bir saxtalaşdırma baş verməyib. Onlar bunu istəmədilər, bu isə, çox pisdir”.

Bizimlə əlaqə saxlayın