11 
Mar
2020
10:58
764

Özünü təcrid edən və karantində olan şəxslərin müşahidə prosesinə polis də qoşulacaq

"Gürcüstanda fevralın 21-dən bu günə qədər, koronavirusun prevensiyası məqsədi ilə, özünü təcrid edən 1108 nəfər var".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklər Nəzarətinin və İctimai Sağlamlığın Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Qamkrelidzenin qeyd etdiyinə görə, özünü təcrid edən şəxlərin müşahidəsi əsas problemlərrdən biridir.

Ona görə də, Qamkrelidzenin dediyinə görə, iqtidar qərar verdi ki, özünü təcrid edən və karantində olan şəxslərin müşahidə prosesinə patrul polisinin əməkdaşları da qoşulsunlar.

“Biz özünün təcrid edən və karantində olan insanlara dəfələrlə müraciət etdik ki, yüksən vətəndaş məsuliyyətini göstərsinlər və özlərinin və ətrafdakıların sağlamlığına qayğı göstərsinlər və karantini pozmasınlar. Epidemiya zamanı belə proseslərin nəzərə alınması ən əsas instrumentdir” – dedi Amiran Qamkrelidze.

Bizimlə əlaqə saxlayın