Kaxa Kaladze: "Koronavirus məğlub edilənə qədər ölkədə profilaktik tədbirlər davam edəcək"
Paytaxt meri Kaxa Kaladze koronavirusun profilaktika tədbirlərinə qoşulan hər bir vətəndaşa təşəkkür etdi.
InterPress.ge xəbər verir ki, bu günki paytaxt höküməti iclasında Kaladze qeyd esib.
O, bildirib ki, virusun yayılmasının qarşısını almaq üçün hökümət əlindən gələni edir.
“Fürsətdən istifadə edərək, həkimlərimizə, xəstəliklər nəzarəti mərkəzinə, sərhədçilərə, patrul polisinə və virusun profilaktika tədbirlərinə qoşulan hərkəsə təşəkkür etmək istəyirəm” – dedi Kaxa Kaladze.
Tbilisi meri qeyd etdi ki, əsas olan virus haqqında əhaliyə doğru məlumat çatdırmaqdır.
“İctimai nəqliyyat vasitələrində də periodik şəkildə, dezinfeksiya işlərini aparırıq və belə tədbirlər ölkədə koronavirusun tamamən məğlub edilməsinə qədər davam edəcək” – dedi Kaladze.