11 
Mar
2020
16:58
1235

Karantində olanların və koronavirusa yoluxmuş vətəndaşların son vəziyyəti açıqlandı - vəziyyəti ağır olan var

"Koronavirusa yoluxan pasientlərin sağlamlıq vəziyyəti stabildir".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaianın məlumat verib.

Marina Ezuqbaianın dediyinə görə, İnfeksiya xəstəxanasında, hazırda 41 nəfər var.

“Dünən 29 pasientin müayinəsi iki mərhələ şəklində keçirildi, 28-də koronovirus aşkar edilmədi, birindən isə, virus aşkar edildi. Bu gün altı pasientin test nəticələrini alacağıq. Hazırda klinikamızda koronavirus şübhəsi ilə 20 pasient var. Pasientlərimizdən birinin vəziyyəti ağırdır. Dörd nəfərin pnevmoniyası var, digərlərinin xəstəliyi isə, yüngül keçir” – dedi Marina Ezuqbaia.

Koronavirusa yoluxmuş uşağın vəziyyətinə gəlincə isə, Ezuqbaia deyir ki, koronavirus uşaqlarda yüngül keçir və uşağın vəziyyəti yaxşıdır.

Bizimlə əlaqə saxlayın