12 
Mar
2020
14:13
2771

Marneulidə mərkəzi stadion FİFA standartlarına uyğun bərpa olunacaq

Marneuli rayonunun mərkəzi stadionunun bərpası planlaşdırılıb.

InterPress.ge xəbər verir ki, bununla bağlı Marneuli bələdiyyəsi Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyələrin İnkişafı Fonduna layihə təqdim edib.

Layihəyə əsasən, yüksək keyfiyyətli süni ot örtüklü futbol meydançası və 1 500 tamaşaçı üçün nəzərdə tutulan stadionun inşası nəzərdə tutulub. Stadion FİFA-nın ikinci kateqoriyasının standartlarına cavab verəcək.

Bərpa işləri çərçivəsində ikimərtəbəli binanın da tikintisi planlaşdırılıb. Birinci mərtəbədə geyinib-soyunma otaqları, ikinci mərtəbədə isə kabinet və inzibati ofis yerləşəcək.

Mərkəzi stadion avtodayanacaqlar və digər infrastruktur obyektlər də təchiz olunacaq və fiziki məhdud şəxslər üçün də uyğunlaşdırılacaq. Layihə-smeta sənədinə əsasən, bərpa işlərinin ümumi dəyəri 7,5 milyon lari təşkil edir.(repor)

Bizimlə əlaqə saxlayın