17 
Yan
2021
08:55
926

İndoneziyada "Semeru" vulkanı püskürdü

İndoneziyada "Semeru" vulkanı püskürüb. Kraterdən qalxan kül və tüstü sütunu 5.6 km hündürlüyə çatıb. Vulkan, ölkənin ən sıx məskunlaşmış adası olan "İava"da püskürüb.

InterPress.ge xəbər verir ki, məlumatı "BBC" yayımlayır.

Əhalinin təxliyəsi ilə bağlı hələ əmr verilməyib. Ölən və yaralananlar barədə də hələlik məlumat verilməyib.

Vulkan yerli vaxtla təxminən 17: 24-də püskürüb. "Semeru", "İava" adasının ən yüksək nöqtəsidir. Semeru tez-tez turistlər tərəfindən ziyarət olunur. "Mahameru" olaraq da bilinir, yəni "Böyük Dağ" mənasını verir. Vulkan sonuncu dəfə dekabr ayında püskürüb və 550 nəfər evakuasiya edilib.

Son bir həftə ərzində İndoneziyada itki ilə nəticələnən bir neçə sürüşmə və zəlzələ baş verib. Yanvarın 9-da İndoneziyanın "Sriwijaya Air" aviaşirkətinə məxsus bir "Boeing 737-500" təyyarəsi "Gakarta" hava limanından qalxdıqdan sonra "İava" dənizinə düşdü. "Boeing"in göyərtəsində 62 nəfər olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər