07 
Nybr
2026
15:03
109

Müxtəlif cinayətlərdə şübhəli bilinən 4 yeniyetmə saxlanılıb

Tbilisidə bir qrup şəxs tərəfindən törədilən quldurluq, quldurluğa cəhd, oğurluq və sağlamlığa az ağır zərər vurma ittihamları ilə müxtəlif vaxtlarda 4 yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, yeniyetmələr qanunsuz mənimsəmə məqsədilə Tbilisidə yerləşən ərzaq mağazalar şəbəkələrindən müxtəlif dəyərdə məhsullar və pul vəsaiti oğurladıqdan sonra hadisə yerlərindən qaçıblar.

“İstintaq çərçivəsində ticarət obyektlərində quraşdırılmış kameraların, eləcə də saxlanılan şəxslərdən birinə məxsus mobil telefondan əldə edilən görüntülər götürülüb. Həmin görüntülər təqsirləndirilən şəxslərin cinayət əməllərini təsdiqləyir.

İstintaqla həmçinin müəyyən edilib ki, saxlanılanlardan ikisi qanunsuz mənimsəmə məqsədilə vətəndaşın mobil telefonunu ələ keçirib, daha bir yetkinlik yaşına çatmayan şəxs isə oğurluqla yanaşı, vətəndaşa sağlamlığına az ağır zərər vurub.

Yeniyetmələrin törətdiyi cinayət əməlləri nəticəsində müxtəlif təyinatlı ticarət obyektlərinə və fiziki şəxslərə ümumilikdə 15 000 laridən artıq maddi ziyan dəyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində məhkəmə qərarı əsasında dörd yeniyetmənin hamısını təqsirləndirilən şəxs qismində saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci, 19-178-ci, 177-ci və 118-ci maddələri ilə istintaq aparılır. Həmin maddələr 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, – deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər