“Lelo” lideri İtaliya parlamentinin nümayəndələrini “faşist” adlandırıb
Mamuka Xazaradzenin partiyasının liderlərindən biri Tazo Datunaşvili İtaliya Parlamentinin Deputatlar Palatasının sədri və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüş keçirən rəsmi şəxsləri “faşistlər” adlandırıb.
InterPress.ge xəbər verir ki, “Lelo” partiyasının lideri Gürcüstan nümayəndə heyətinin İtaliya parlamentinə “yerli faşistlərin dəvəti ilə” getdiyini bildirib.
“Papuaşvili Brüsselə gedərkən bilirdi ki, orada yüksək səviyyəli görüşləri olmayacaq və Belçika parlamentinə hansısa bir fraksiyanın dəvəti ilə gedəcək. Eyni şəkildə, İtaliya parlamentinə də yerli faşistlərin dəvəti ilə gedirlər və orada özlərini nümayiş etdirirlər”, – deyə Datunaşvili bildirib.
Məlumat üçün bildirək ki, ötən ay Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İtaliya Parlamentinin Deputatlar Palatasının sədri Lorenso Fontana, həmçinin İtaliya parlamentinin Gürcüstanla dostluq qrupunun üzvləri ilə görüşüb.


