17 
Yan
2021
11:48
1478

Gürcüstanda 22 yaşlı gənc cinayətin üzərini örtmək üçün evdə yanğın çıxardı

Zuqdididə cinayət isti təqib nəticəsində açılıb və 22 yaşlı gənc saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

"Təqsirləndirilən şəxs, 1998-ci il təvəllüdlü R.P. Zuqdididə mübahisədən sonra, qisas məqsədilə 1983-cü il təvəllüdlü şəxsə soyuq silahla ölümcül xəsarət yetirmiş və bundan sonra cinayəti örtmək məqsədilə binada yanğın çıxarmış və gizlənmişdir.

Yanğın xəbəri səbəbiylə yaşayış binasına gələn hüquq-mühafizə orqanları, kişini ölü halda tapdılar. İlkin müayinədə bədənində müxtəlif xəsarətlər olduğu aşkarlandı.

Polis hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxsi Zuqdididə saxlayıb. Cinayət silahı - bıçaq sübut kimi götürülüb.

Cinayət 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur.

Saxlanılan şəxs günahını boynuna alır", - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın