17 
Yan
2021
19:08
775

"Daha çox azadlıq - Qirçi" ölkədəki məhdudiyyətlərin qaldırılmasını tələb edir

"Daha çox azadlıq - Qirçi" ölkədəki məhdudiyyətlərin qaldırılmasını tələb edir.

InterPress.ge xəbər verir ki, bu barədə partiyanın rəsmi feysbuk hesabında bildirilib.

Partiyadan virusun təhlükəli və bununla mübarizənin vacib olduğunu, habelə hökumətin mübarizə metodlarını mənəvi, ədalətli və effektli hala gətirmək məsuliyyəti olduğunu bildiriblər.

“İnsanların sərbəst hərəkəti və istənilən iqtisadi fəaliyyətlə əlaqədar olan bütün məhdudiyyətləri dərhal qaldırın.

Ölkəni dərhal açın və digər ölkələrlə bütün növ nəqliyyatın hərəkəti bərpa edilsin.

Köləliyə dözməyəcəyik və azadlığımızı və uşaqlarımızın gələcəyini qorumaq üçün bütün vasitələrdən istifadə edəcəyik.

Hüquqlarımız, bizim və övladlarımızın gələcəyi uğrunda mübarizədə bizə qoşulmaq istəyən hər kəsə qapımız açıqdır",- deyə partiya tərəfindən yayılan məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın