13 
Mar
2020
16:58
3626

Marneuli sakini məcburi karantinə aparıldı - VİDEO

"Özünü təcrid etmə qaydalarını pozduqlarına görə, doqquz nəfəri məcburi karantinə apardılar".

InterPress.ge xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Gürcüstanın Daxili İşlər Nazirliyi xəstəliklər nəzarətinin milli mərkəzi ilə bərabər, koronavirusun yayılmasının prevensiyası məqsədi ilə, bütün ölkə miqyasında özünü evində təcrid edən şəxslərin müşahidəsinə qoşulub.

"Müşahidə nəticəsində, özünü təcrid etmə qaydalarını pozmaq faktları aşkarlanıb. Xaraqaulidən, Tbilisidən, Marneulidən, Kobuletidən və Batumidən olan doqquz vətəndaş qaydaları pozduğuna görə, məcburi karantin zonasına yerləşdirilib” – deyilir Daxili İşlər Nazirliyinin bəyanatında.

Nazirliyin məlumatına görə, hazırda, məcburi karantində, özünü təcrid etmə qaydalarını pozan 12 vətəndaş var.

“Gürcüstan ərazisində olan bütün şəxslər İctimai Sağlıq Xidmətlərinin qərarlarına hörmətlə yanaşmaqa çağırırıq” – deyilir bəyanatda.

Bizimlə əlaqə saxlayın