14 
Mar
2020
10:18
767

Bakı-Tbilisi-Bakı qatarlarının səfərlərinə müvəqqəti məhdudiyyət qoyuldu

Bakı-Tbilisi istiqamətində Azərbaycan vətəndaşları üçün, Tbilisi-Bakı istiqamətində isə Gürcüstan vətəndaşlarına qatarla səfərlərinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

InterPress.ge xəbər verir ki, bu barədə "Dəmir Yolları" QSC-dən “Report”a məlymat verilib.

Məlumata görə, alınmış biletlər üçün ödənilən məbləğ QSC tərəfindən bilet sahiblərinə geri qaytarılacaq.

Qeyd edək ki, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 14 mart saat 00:00-dan etibarən hər iki ölkənin vətəndaşları üçün sərhədd bağlanıb. Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxması, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda, yükdaşımalarının həyata keçirilməsi üçün tranzit dəhlizi də fəaliyyət göstərəcək.

Bizimlə əlaqə saxlayın