14 
Mar
2020
11:49
1742

Gürcüstanda koronavirusa yoluxan yerli azərbaycanlı sağaldı

Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu 50 yaşlı yerli azərbaycanlı sağalıb.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.

Onun sözlərinə görə, pasiyent 24 saat ərzində həkim nəzarətində saxlanılacaq və təkrar analizdən sonra evə buraxılacaq.

„Dünən onun üzərində testi təkrarladıq və mənfi cavab aldıq. Bu olduqca yaxşı faktdır, lakin qaydaya uyğun olaraq, 24 saatlıq intervalla təhlillərin təkrar aparılması zəruridir. Əgər növbəti dəfə də cavab mənfi olar isə, o zaman pasiyentin tam sağaldığını deyə bilərik və bu sağalan ilk pasiyent olacaq“, – deyə Marina Ezuqbaia bildirib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb. Virus bir həftə İranda olandan sonra Azərbaycan vasitəsilə Gürcüstana qayıdan şəxsdə aşkarlanıb.

Bu günə qədər Gürcüstanda koronavirus diaqnozu 25 şəxsə qoyulub. Karantində 314, stasionar nəzarətdə isə 63 nəfər saxlanılır.

Bizimlə əlaqə saxlayın