Gürcüstanda yeni nazirlik yaradılır
"Təhsil Nazirliyindən Mədəniyyət və İdman Nazirliyini ayırmaq üçün bütün texniki məsələlər üzərində işlər artıq başa çatıb".
InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir Qiorqi Qaxaria hökumət iclasına başlamazdan əvvəl bildirib.
Qaxarianın qeyd etdiyinə görə, yeni nazirliyə hökumət rəhbərliyi tabeliyində olan gənclər nazirliyi əlavə ediləcək və qurum Mədəniyyət, İdman və Gənclər Nazirliyi adından fəaliyyət göstərəcək.
"Bütün texniki işlər artıq başa çatıb, Təhsil Nazirliyindən Mədəniyyət və İdman Nazirliyinin ayrılması üçün hökumət qərarı hazırlanıb və buna Gənclər Nazirliyi də əlavə ediləcək. Bu həm mədəniyyətimizin, həm də idmanımızın nümayəndələri üçün son dərəcə vacib bir addımdır. Müasir sənət kimi mədəni irsimizə hamımızın birlikdə qayğı göstərməyimizin, gündəlik həyatımızın ən qiymətli hissəsi olduğunu anlamalıyıq. Əlbətdə idman sahəsində olduğu kimi ayrı bir nazirlik, əgər nəzərə alsaq xüsusən son illərdə idmanımızın uğurlarına xidmət edir. Bundan əlavə, əvvəllər hökumət rəhbərliyi altında fəaliyyət göstərən Gənclər Agentliyi, sərəncamdan sonra Mədəniyyət, İdman və Gənclər Nazirliyinin bir hissəsi olacaq", - dedi Baş nazir.


