30 
Yan
2021
20:44
607

Mərkəz rəhbəri: "Gürcüstanın fevral ayının sonuna qədər alacağı "Pfizer" peyvəndinin dəqiq miqdarı sabah ya da birisigün məlum olacaq"

"Gürcüstanın fevral ayının sonuna qədər alacağı "Pfizer" peyvəndinin dəqiq miqdarı sabah ya da birisigün məlum olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin baş direktoru Amiran Qamğrelidze bildirib.

Amiran Qamğrelidzenin verdiyi məlumata görə, Gürcüstan "Kovaks"dan ilk dozada "Pfizer" peyvəndi verilən ölkələr arasındadır.

“Gürcüstanın fevral ayın ərzində "Pfizer" peyvəndini alacağı təsdiqləndi. Dozun dəqiq sayını sabah və ya birisigün biləcəyik, bir məktub olacaq. Bu sadəcə, Gürcüstanın "Kovaks"dan ilk doza "Pfizer" peyvəndi alacaq ölkələr arasında olduğu bir mesaj idi.

Planımıza uyğun olaraq tibb işçiləri aşılanacaq. Məlumatıma görə, təxminən dozaların sayı 30 minə qədər olacaq”, - dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər