04 
Fev
2021
19:57
450

Mamuka Mdinaradze: "Mixeil Saakaşvilinin gürcü siyasətində yeri yoxdur - O, artıq uzun müddətdir ki, siyasi cəsəddir"

"Mixeil Saakaşvili fiziki qətldən siyasi qətl cəhdinə keçdi".

InterPress.ge xəbər verir ki, "Gürcü Arzusu" fraksiyasının sədri Mamuka Mdinaradze keçmiş prezident Mixeil Saakaşvilinin açıqlamasına belə cavab verib.

Onun sözlərinə görə, Mixeil Saakaşvilinin Gürcüstan siyasətində yeri yoxdur, çünki "uzun müddət ki, o siyasi meyitə çevrilib".

"İndiyə qədər zorakılıq mövcud idi, inanılmaz bir dikbaşlıqdır, bu zorakılıqdan da artıqdır, əvvəllər o, insanları fiziki olaraq öldürürdü, indi isə siyasi olaraq öldürmək istədi, çünki, artıq fiziki olaraq öldürmək imkanı yoxdur. Bu cəsədləri xatırlamağın başını buraxsınlar və gerçəklik haqqında fikirləşsinlər. Mixeil Saakaşvilinin gürcü siyasətində yeri yoxdur - O, artıq uzun müddətdir ki, siyasi cəsəddir, bu sözü təkrarlamayacağam, çünki inanılmaz terminologiyadır, yalnızca o söyləyə bilər, sadəcə cavab olaraq deyirəm ki - fiziki qətlədən, siyasi qətl cəhdinə keçdi. Mən belə düşünürəm ki, gərək onun sözlərini təkrarlamayaq", - dedi Mdinaradze.

Məlumat üçün bildirək ki, Mixeil Saakaşvili "müxalifətdən dörd cəsəddən başqa heç kim parlamentə girmədi" deyə bildirmişdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər