Gürcüstana avtomobil gətirənlərin nəzərinə: Avtomobillərin gömrük rəsmiləşdirilməsi üçün verilən vaxt uzadılacaq
Avtomobil idxalçılarına dəstək olmaq məqsədilə Gürcüstan Maliyə Nazirliyi qərar verdi ki, avtoidxalçıların 1 aprel 2020-ci il tarixinə qədər ölkəyə gətirdikləri avtomobillər üçün gömrük rəsmiləşdirilməsi müddəti uzadılsın.
InterPress.ge xəbər verir ki, bu haqda Maliyə Nazirliyi məlumat yayır.
Maliyə nazirinin əmrinə əsasən, 2020-ci ilin 1 aprel tarixinədək ölkəyə avtomobil idxal edənlər 90 gün ərzində avtomobili təkrar ixrac edə bilməsələr, onlara qarşı məsuliyyət tədbirləri və ya sanksiyalar tətbiq edilməyəcək, bir şərtlə ki, cari ilin 1 sentyabr tarixinədək avtomobilin təkrar ixracı və ya gömrük rəsmiləşdirilməsi həyata keçirilsin.
Güzəşt, təxmini 38 minədək avtomobil sahibinə şamil olunacaq və ertələnmiş ödəmələrin miqdarı 50 milyon lari təşkil edəcək.