17 
Mar
2020
19:59
1321

Parlament deputatı Savalan Mirzəyev əhaliyə müraciət edir

Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev əhaliyə müraciət edib.

InterPress.ge xəbər verir ki, S. Mirzəyev müraciət öz facebook səhifəsində yazıb.

O, vətəndaşları Ümumdünya Səhiyyə Təşkilatının və Gürcüstan Səhiyyə sisteminin nümayəndələrinin tövsiyyələrini hərtərəfli nəzərə almaqa çağırıb.

"Əziz dostlar, dünya yeni təhlükə qarşısında dayanıb. Koronavirusun yayılması bütün bəşəriyyəti təhlükə qarşısında qoydu. Ən güclü dövlətlər belə virusla mübarizədə aciz qaldılar və böhrana dayanmaq məqsədilə dünya səfərbər olub. Bu çətinliklər qarşısında bizim ölkə də dayanıb. Xahişlə sizlərə müraciyyət edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatının və Gürcüstan Səhiyyə sisteminin nümayəndələrinin tövsiyyələrini hərtərəfli nəzərə alaq. Maksimal dərəcədə özümüzü və ətrafımızda yaşayanları qoruyaq. Gürcüstan hökuməti sübut etdi ki, hər hansı bir təhlükə qarşısında durmağa hazırdır və virusun yayılma ehtimallarını da maksimal dərəcədə azaltdı. Təhlükəni uzaqlaşdırmaq üçün dövlətin yanında durmaq mütləqdir. Biz birlikdə hər şeyi bacaracıq", - Savalan Mirzəyev yazır Facebook səhifəsində.

Bizimlə əlaqə saxlayın