18 
Mar
2020
10:10
1837

Gürcüstanın tanınmış azərbaycanlı şair-publisisti vəfat edib

Gürcüstanın tanınmış şair-publisisti, ictimai xadimi, Gürcüstan Aşıqlar Birliyinin sədri Dərviş Osman Əhmədoğlu vəfat edib.

InterPress.ge xəbər verir ki, o, uzun sürən ağır xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib.

O.Əhmədoğlu 1948-ci ildə Marneuli rayonunun Keşəli kəndində anadan olub. Doğma kəndində 8 illik, qonşu Kəpənəkçi kəndində orta məktəbi bitirib. 1974-cü ildə Azərbaycan Dğvlət Universitetinin Filologiya fakültəsini bitirib. O, hələ orta məktəbdə oxuduğu illərdə şeir yazıb. Tələbəlik illərində mətbuatda publisistik məqalələrlə çıxış edib.

O. Əhmədoğlunun “Borçalıda ocaq yanır” adlı ilk şeirlər kitabı 1989-cu ildə Bakıdakı “Yazıçı” nəşriyyatında işıq üzü görüb. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Bədii yaradıcılıqla bərabər dövrü mətbuatda publisistik məqalələrlə çıxış edən

Şair-publisist vaxtilə Gürcüstanda nəşr olunan “Yeni Yol” qəzetində redaktor müavini vəzifəsində çalışıb. Bir müddət sonra o, “Dədə Qorqud” adlı bir dərgiyə rəhbərlik edib. O. Əhmədoğlu “Meydan” dərgisinin idarə heyətinin fəal üzvlərindən biri olub. Onun bir neçə şeirlər kitabı və Azərbaycan xalqının etnoqrafi ya və folkloruna həsr olunan iki kitabı çap olunub. Şair şeir, poema və məqalələri dövrü mətbuatda “Osman Keşəli”, “Osman Əfəndi”, “Dərviş Osman” imzalaı ilə dərc edib.

O. Əhmədoğlu Gürcüstanda aşıq yaradıcılığının yaşadılmasında və inkişafında da böyük xidmətlər göstərib. Onun təşkilatçılığı ilə əslən Gürcüstandan olan azərbaycanlı ziyalıların xatirəsinə həsr olunan bir sıra tədbirlər keçirilib.

Şair martın 19-da doğulduğu Keşəli kəndində dəfn olunacaq.

Allah rəhmət eləsin!

(Report)

Bizimlə əlaqə saxlayın