Bütün Gürcüstan miqyasında mikroavtobusların işləməsi müvəqqəti olaraq dayandırılır
Koronavirusun yayılmasının qarşısını alınması üçün bütün ölkə miqyasında və həmçinin Kvemo Kartili regionunda, bu gündən etibarən, mikroavtobusların xidməti dayandırlıb.
InterPress.ge xəbər verir ki, bu haqda Gürcüstan iqtidarının qərar alıb.
Paytaxda əhaliyə müvəqqəti olaraq, munisipal nəqliyyat – metro və avtobuslar xidmət edəcək.
Paytaxt meri Kaxa Kaladzenin bildirdiyinə görə, müvafiq qərarı koordinasiya şurası xüsusi rekomendasiyalar əsasında verdi.
Onun dediyinə görə, ictimai nəqliyyat növlərindən mikroavtobus daha kiçik bir məkanı olan nəqliyyat vasitəsi olaraq, virusun yayılması təhlükəsini daşıyan vasitə olaraq, müzakirə olunur.
“Məktəblər və uşaq bağçaları bağlıdır, şəhərdə gün ərzində hərəkət edənlərin sayı azdır və müvəqqəti olaraq, metro və avtobusların xidməti kifayətdir” – dedi paytaxt meri Kaxa Kaladze.
Qeyd edək ki, bu gündən Marneulidədə bütün növ ictimai nəqliyyatlar dayandırılıb.