19 
Mar
2020
10:18
4451

Gürcüstanda kommunal ödənişlər ləğv olunur?

“Gürcüstanda hazırkı mərhələdə kommunal ödənişlərin ləğv edilməsi məsələsi müzakirə olunmur”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat naziri Natia Turnava bildirib.

Gürcüstanda koronavirusla bağlı vəziyyətə görə bir çox özəl şirkət bağlandı və orta və kiçik sahibkarlar işlərini dayandırdılar. Turizm sektoru, eləcə də restoran, kafe və barlar xüsusilə təsirləndi. Onlara yalnız çatdırılma xidməti vasitəsilə işləmək tövsiyyə olundu.

"Kommunal xərclərə gəldikdə, unutmamalıyıq ki, kommunal xidmətlər digər şirkətlər kimi özəldir. Onların diyər çirkətlər kimi işləri olduqca çətindir. Çünki onlar çox sayda problemləri həll etməlidirlər. İndiyə qədər kommunal ödənişlərin təxirə salınması və ya ödənilməməsi mövzusunda söhbət edilməyib", - dedi Natia Turnava.

Nazir qeyd edib ki, dövlət vəziyyətin mürəkkəbliyini başa düşür və iş yerlərinin qorunub saxlanmasında kömək edirik.

“Biz vəziyyətin çox çətin olduğunu yaxşı bilirik. Bütün Gürcüstan vətəndaşları maliyyə problemləri ilə üzləşirlər. Çox yaxşıdır ki, banklar rəğbətlə yanaşdılar və üç ay müddətinə kreditlər uzatdılar. Özünüz də bilirsiniz ki, biz iş yerlərinin qorunub saxlanılması üçün kömək edirik və əmək haqqlarını ödəmək üçün müəssisələrə stimul veririk ”- dedi Turnava.

Bizimlə əlaqə saxlayın