24 
Fev
2021
15:31
642

İqtisadiyyat naziri restoranlarla bağlı xəbərdarlıq etdi

8 martdan etibarən restoran sənayesinin daxili sahələrinin açılması ciddi nəzarət altında olacaq.

InterPress.ge xəbər verir ki, bu haqda Qurumlararası Koordinasiya Şurasının iclasından sonra İqtisadiyyat naziri Natia Turnava dedi.

Turnavanın qeyd etdiyə görə, qaydalara əməl olunmasına ciddi nəzarət ediləcəkdir.

“Restoran sənayesinin daxili məkanları 8 martdan etibarən açılacaqdır. Bunu da qeyd etmək istərdim ki, bu ciddi monitorinq altında baş verəcəkdir. Buna görə qaydalara necə əməl olunduğunu çox yaxından izləyəcəyik. Restoran sənayesi ilə çoxsaylı görüşlər keçirdik və mahiyyət etibarilə məsuliyyətli bir yanaşma tərzimiz var. İşçiləri üçün məcburi test tələb olunacaq. Bir çox insanın iştirak etdiyi sosial tədbirlər həyata keçirilməməlidir. Növbəti mərhələdə, bu açılışların necə işlədiyini gördükdə, həftə sonu restoranlarda təsir azaltma tətbiq edib etməyəcəyimizi müzakirə edəcəyik" - dedi Turnava.

Bizimlə əlaqə saxlayın