21 
Mar
2020
13:09
1688

Gürcüstanda bu gün koronavirus təsdiqlənən şəxslər haqda açıqlama verildi

"Koronavirusun bu gün qeydə alınan üç yeni halından biri İspaniyadan gətirilib".

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Tbilisi İnfeksiya Xəstəxanasının Tibbi direktoru Marina Ezuqbaia verib.

Onun dediyinə görə, üç pasiyentdən biri İnfeksiya Xəstəxanasına yerləşdirilib. Digərləri haqqında isə, hələlik məlumat verilmir.

“Gürcüstanda tam olaraq, koronavirusa yoluxmanın 47 halı qeydə alınıb. Onlardan biri bizim mərkəzimizdədir. Dünən Tbilisi İnfeksiya Xəstəxanasında 21 test keçirildi və birindən müsbət cavab aldıq” – dedi Marina Ezuqbaia.

Marina Ezuqbaianın dediyinə görə, infeksiyaya yoluxan pasient gəncdir.

Xatırladaq ki, bu gün Gürcüstanda koronavirusun yenə üç halı qeydə alındı. Bu haqda məlumat hökümət tərəfindən yaradılan rəmi veb-səhifə stopcov.ge-də yerləşdirilib. Veb-səhifənin məlumatına görə, ölkədə tam olaraq, koronavirusun 47 halı qeydə alınıb. Bir nəfər isə, müəlicə nəticəsində, sağalıb. Karantin rejimində 1966 nəfər qalır. Karantində, həkimlərin nəzarəti altında isə, 259 nəfər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər