21 
Mar
2020
15:39
4770

Gürcüstanda evdən küçəyə çıxmaq qadağan olunurmu? Baş Nazir AÇIQLADI

"Gürcüstanda fövqəladə vəziyyət rejiminin elan olunması komendant saatının tətbiq edilməsini nəzərdə tutmur".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri, Qiorqi Qaxaria fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı keçirilən brifinqdə Gürcüstanın Birinci Kanalının sualına cavab olaraq bildirib.

“Hərəkət azadlığına gəlincə isə, hamınız bilirsiniz ki, hazırda hərəkət azadlığı qismən məhdudlaşdırılıb. Sizin nəzərdə tutduğunuz hazırkı mərhələdə, sözü gedən sərəncamla nə komendant saatının tətbiq edilməsi nəzərdə tutulur, nə də ağır karantin tələblərinin qoyulması.

Xüsusilə vurğulamaq istərdim ki, vətəndaşların bir araya gəlməsinə məhdudiyyət qoymaqla, biz bir daha onları ailə üzvlərinin, ilk növbədə cəmiyyətimizin yaşlı üzvlərinin sağlamlığına qayğı göstərmək üçün evdə qalmağa çağırırıq.

Əlbətdə ki, ehtiyyac yaranarsa, biz onu qarşılaya bilərik və nəqliyyat vasitələrindən başlayaraq, daha sərt karantin tədbirlərini də həyata keçirə bilərik “- deyə Qiorqi Qaxaria bildirib.

Qeyd edək ki, yeni tip koronavirus səbəbi ilə yaranmış vəziyyətdən irəli gələrək, Gürcüstanda aprelin 21-nə qədər fövqəladə vəziyyət elan edilib.

Bizimlə əlaqə saxlayın